Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib

Ağdaş Dövlət Humanitar Kollecinin direktoru vəzifəsindən azad edilib
 

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri Ağdaş Dövlət Humanitar Kollecində monitorinq keçirib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, monitorinq zamanı müvafiq yoxlamalar aparılıb və sənədlərə baxış olub. Aşkarlanmış nöqsanlar nəticəsində müvafiq əmrlə kollecin direktoru Namiq Mehdiyevlə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Ölkənin orta ixtisas təhsili müəssisələrində monitorinqlər davam etdirilir.

0.016972064971924