Məhkəmə rekordu: Eyni həyət 9-cu dəfə eyni işə hakimlik edəcək!?

Məhkəmə rekordu: Eyni həyət 9-cu dəfə eyni işə hakimlik edəcək!?
 

Məhkəmə rekordu: EYNİ HEYƏT 9-CU DƏFƏ EYNİ İŞƏ HAKİMLİK EDƏCƏK!(?)
Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov üçlüyü Qarabağ əlilinin məhkəmə hüququnu 8 dəfə “sui-istifadə” sayıb
 
İnzibati məhkəmə icraatında özbaşınalıq, süründürməçilik, sui-istifadə, qeyri-prosessuallıq... o həddədir ki, müdafiə hüququnun pozulmasından , işə mahiyyəti üzrə baxılmamasından, iddianın mümkün sayılmamasından şikayətlərə baxılması illərlə çəkir. Bu süründürməçiliyin İnzibati Prosessual Məcəllədə ( İPM) prosessual müddətlə bağlı qaydanın bəlirlənməməsi ilə izah edilməsinin özü özbaşınalıqdan, savadsızlıqdan soraq verir. Nədən İPM-in V ( Prosessual müddətlər) fəslinin 22.2 maddəsində MÜDDƏTLƏRLƏ BAĞLI BU FƏSLİN müddəaları NƏZƏRƏ ALINMAQLA , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) ilə MÜƏYYƏN OLUNMUŞ QAYDALARIN TƏTBİQ EDİLMƏSİ doğrulanıb. (Böyük hərf şriftlərindən yararlanmağımız süründürməçiliyin qanunsuzluğunu diqqətə çatdırmaqdan, “gözə soxmaqdan” yanadır). MPM-də isə konkret müddət bəlirlənib.
Keçək başlıca qonuya – mövzuya. Bakı İnzibati Məhkəməsinin (h. Orxan Həsənov) bu sətirlərin yazarının pensiyasının düzgün hesablanmamasından 3-cü şəxs Maliyyə Nazirliyi olmaqla, DİN və DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi Filialına ( XŞTMF) qarşı iddiasına baxılmaması bir il çəkib. Hakimin DİN-in adını cavabdehlikdən çıxarması, 3-cü şəxsi tam görməzliyə vurması bir yana, tərəflərin hüquq bərabərliyi prinsipini pozması, faktiki cavabdehlərə vəkillik etməsi mübahisəedilməz faktdır. Bircə onu deyək ki, iddianı mümkün sayıb, tələblər üzrə icraatı ayıran məhkəmə hakimi DİN-in saxta vəkili və nümayəndəsi, VK-nın vəzifəli şəxsi Əlirza Həbilovun məhkəməyə DİN-in vəkili kimi göndərdiyi 3 ilin vəkili Orxan Babayevin sifarişini Konstitusiyadan üstün tutub,  iddianı mümkün saymayıb. Əsl həngamə, məzhəkə də bundan sonra başlayıb. Ən geci 5 günə verilməli olan qərardad 3 ay süründürməçilikdən , MM-ə, PA-ya, MHŞ-ya çoxsaylı şikayətlərdən sonra verilib. Apellyasiya instansiyasında hüququnun təmin olunacağına ümid edən iddiaçı Qarabağ qazisi , Anadolu türkləri demiş, tam xəyal qırıqlığına uğrayıb.
Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifovdan ibarət apellyasiya heyəti ayrı sədrliklə işə hakimliyi elə ədalətsiz, qərəzli, qıraqdan sifarişlə antihumanist həyata keçirib ki, 1-ci dərəcəli Qarabağ qazisinin  Konstitusiyanın 60,61-ci maddələri ilə təminat verilən məhkəmə təminatı, hüquqi yardım hüququ HÜQUQDAN SUİ-İSTİFADƏ kimi aktlaşdırılıb. İddiaçı əlilin məhkəmə tərkibinə 10-dan çox ETİRAZIna baxılmayıb. Eyni heyət 8 (!!) dəfə eyni işə hakim təyin edilsə də, nə dövlət hesabına vəkil ayrılması , nə də işə mahiyyəti üzrə baxılması haqqında tələblər təmin olunmayıb.( Cahangir Yusifov  hakim olmadığı başqa iş üzrə də qazinin hüququna qadağa qoyan qərardadı köçürdüyündən, eynə şəxsə qarşı DOQQUZQAT “hakimlik stajı” var) .Hətta Ali Məhkəmə 2 dəfə məktubla aşağı məhkəməyə göstəriş verib, lakin qərəzli heyət ali instansiyanın məcburi göstərişinə əməl etməyib. Sonda Ali Məhkəmə ( İlqar Hüseynov, Nigar Rəsulbəyova, Kəmaləddin Bədəlov) özü də qərəzdən qaça bilməyib və işə baxmadan işə “baxıb”, işi birbaşa birinci instansiyaya qaytarıb.
Bu günlərdə işə apellyasiya instansiyasında baxılmasına dair sms-bildiriş gəlib. Hakimlər kim(lər) olsa yaxşıdır? Yenə həmin ŞƏRAFƏT MƏMMƏDOVA, PƏRVİZ HÜSEYNOV , CAHANGİR YUSİFOV! Azərbaycan məhkəmə tarixində REKORD : EYNİ HEYƏT 9-CU DƏFƏ EYNİ İŞƏ HAKİM TƏYİN OLUNUB!(?)
İPM-in , MPM-in 19-cu, “Məhkəmələr və hakimlər haqqında” qanunun 16-cı maddəsi işin baxılmasında iştirak edən hakimin təkrar məhkəmə baxışında iştirakını yolverilməz sayır və belə halda hakimin özünün işə baxmaqdan imtinasını , ya da məcburi kənarlaşdırılmasını doğrulayır. Görəsən, Məcəlləyə, qanuna baxan olacaq, ya məhkəmə heyəti – ŞƏRAFƏT MƏMMƏDOVA, PƏRVİZ HÜSEYNOV, CAHANGİR HÜSEYNOV özlərinə məxsus SƏKKİZQAT REKORDU TƏZƏLƏYƏCƏK?

Məğrur Bədəlsoy

0.019241094589233