ABŞ Kiyevə yardım üçün qanun layihəsi hazırlayır

ABŞ Kiyevə yardım üçün qanun layihəsi hazırlayır
 

ABŞ Konqresinin Nümayəndələr Palatası Kiyevə yardım haqqında qanun layihəsinə baxacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədri Mayk Törner bildirib.

Onun sözlərinə görə, ABŞ Konqresinin Aşağı Palatasının spikeri Mayk Conson bu məsələni apreldə müzakirəyə çıxarmağı planlaşdırır.

"Bu, federal hökuməti maliyyələşdirmək üçün qanun layihələrini qəbul etdikdən sonra gündəliyin növbəti əsas maddəsi olacaq", - deyə o vurğulayıb.

Siyasətçi ümid edib ki, qanun layihəsi Konqresdə dəstək tapacaq, bundan sonra imzalanmaq üçün ABŞ Prezidenti Co Baydenə təqdim olunacaq.

0.011963129043579