Bakıda yaşayış binasında baş verən yanğın zamanı 50 nəfər təxliyə olunub

Bakıda yaşayış binasında baş verən yanğın zamanı 50 nəfər təxliyə olunub
 

Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğının söndürülməsi zamanı 15-i azyaşlı uşaq olmaqla, ümumilikdə 50 nəfər təxliyə olunub.

Paralel.az xəbər verir ki, bu barədə FHN-nin DYMX-nin Yanğınsöndürmə Qərargahının rəis müavini, polkovnik-leytenant Taleh Babayev məlumat verib.

O qeyd edib ki, xəsarət alanlar barədə heç bir məlumat daxil olmayıb: “Yalnız təcili tibbi yardım əməkdaşları hadisə yerində tüstüdən zəhərlənən vətəndaşlara kömək göstərib. Təxliyə olunanlar arasında yanıq xəsarəti alan yoxdur. Hadisənin başvermə səbəbləri hazırda araşdırılır”.

0.080749988555908