"Başdan ayağa" - dəyişilməyən ad, yeni format

 

"Başdan ayağa" - dəyişilməyən ad, yeni format

Paralel.az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə ərsəyə gələn “Başdan ayağa” aksiyası öz işini bu dəfə fərqli formatda davam etdirir. Belə ki, SOCAR-ın “Azəriqaz” İB tərəfindən cari ildən etibarən bütün ölkə üzrə mənzillərdə və fərdi yaşayış evlərində texniki müayinələr keçirilir. Birliyin İdarəetmə aparatının məsul şəxsləri Gəncə Regional qaz istismarı İdarəsinə ezam olunaraq Regional İdarənin xidmət sahələrində bu prosesə nəzarət ediblər. Məlumat üçün bildirək ki, cari ilin 3 ayı ərzində ölkə ərazisində 250 mindən çox fərdi yaşayış evi və mənzildə texniki müayinə keçirilib. Bu prosesin noyabr ayınadək yekunlaşdırılması nəzərdə tutulub.

Ətraflı video materialda:

 

0.023032903671265