Şagirdlərin qiymətləndirilməsində ən çox edilən səhvlər...I hissə

Şagirdlərin qiymətləndirilməsində ən çox edilən səhvlər... - I hissə
 

Məktəblərdə şagirdlərin qiymətləndirilməsində köklü problemlər var. Diaqnostik qiymətləndirmə ən azından akademik tədris ilinin birini yaımilinin ilk günü və ikinci yarımilin ilk günü keçirilməlidir. Bu zaman şagirdlərin keçiriləcək proqram üzrə ilkin bilik və bacarıqları müəyyənləşdirilməli, şagirdlərin intellekt, öyrənmə tərzi, psixoloji vəziyyəti, sağlamlığı, maddi vəziyyəti, ailəsi və s haqda məlumatlar əldə edilməli ona uyğun perspektiv planlaşmada dəyişiklik etmək lazımdır. Saatların sayını artırmaq və ya azaltmaq, uşaq haqqında məlumatları dəqiqləşdirib təhsilin differensiallaşmasını təmin etmək lazımdır.

Hazırda məktəblərdə diaqnostik qiymətləndirmə düzgün qavranılmır.

1. Keçən il keçirilənlərin qiymətləndirilməsini edirlər. Bu yanlışdır. Əksinə keçiriləcək proqramdan şagirdin nə qədər məlumatlı olmasını yoxlaması və dərsin daha səmərəli, keyfiyyətli keçirilməsi və şagirdlərin potensial imkanlarının artırılması əsas götürülməlidir. Toplanılan məlumatlara istinad edərək proqramda dəyişiklik etməlidirlər.
2. Şagirdlər haqqında məlumatlar toplanılmalıdır. Tətildə nələr baş verib, uşağın sağlığında, ailəsində, psixoloji vəziyyətində və ya yeni uşaqdırsa, uşaq haqda bütün yeni məlumatlar əldə edilməlidir. Bu tədrisin differensiallaşmasına hərtərəfli kömək olur.
3. Müəllimlər bu haqda qeydləri mütləq portfolioda yerləşdirməli və şagirdin şəxsiyyət kimi formalaşmasını izləmək üçün portfolio qiymətləndirilməsi həyata keçirməlidir.
4. Şagirdlərə uyğun dərsi təşkil etdikdə, daha yüksək nəticə əldə etmək mümkündür.                        5. Yeri gəlsə buzqıran strategiyasından hər diaqnostik qiymətləndirmədə istifadə etməlidir. Çünki şagirdlər arasında düzgün münasibət formalaşdırmamış onlarda əməkdaşlıq, komanda ruhu, iş fəaliyyəti və tələb olunan bacarıqları formalaşdıra bilmərik.
6. Diaqnostik qiymətləndirmə sadəcə I və II yarımilin ilk dərsi deyil, eyni zamanda yeni bölmənin başlanğıcında və sinfə yeni şagird gələndə də keçirilməlidir.

Diaqnostik qiymətləndirmə birbaşa müəllimin işinin keyfiyyətinin və səmərəliliyinin əsasında durur.

Mənbə: tehsilmedia.az

0.025035858154297