Şagirdlərin qiymətləndirilməsində ən çox edilən səhvlər - II hissə

Şagirdlərin qiymətləndirilməsində ən çox edilən səhvlər - II hissə
 

Gündəlik qiymətləndirmə köklü şəkildə dəyişdirilmiş və rəqəmsal qiymətləndirməni Formativ qiymətləndirmə - meyarlar əvəz etmişdir. Qiymətləndirmə standartları 4 səviyyə üzrə müəyyənləşdirilsə də, meyarlar və meyarlara müvafiq keyfiyyət səviyyələri, təəssüf ki, ölkəmizdə hazırlanmamışdır. Bu baxımdan, müəllimlər şagirdlərə səviyyə də verə bilməzlər. Müəllimlərin həmin meyarları qeyd etməsi mütləqdir amma bu çoxsaylı problemlər və şikayətlərin yaranmasına səbəb olur.             1. Valideynlər hələ də şagirdlərin səviyyəsini ölçən 5 ballıq sistemlə qiymətləndirmə tələb edirlər. Hansı ki, bu problemin həlli üçün müəllimlə valideynləri maarifləndirməlidirlər.

2. Müəllimlər səviyyə üzrə qiymət yazır, hansı ki, dövlətimizdə meyarlar və meyarlara müvafiq keyfiyyər səviyyələri müəyyənləşmədiyindən bunu yazmaq tamamilə yanlışdır.

3. Müəllimlər formativ qiymətləndirməni tam şəkildə dərk etmirlər. Formativ qiymətləndirmə fəaliyyətin dəyərləndirilməsidir. Formativ qiymətləndirmə müəllim təlim nəticəsini formalaşdırarkən şagirdin qarşılaşdığı problemləri müəyyənləşdirib aradan qaldırmağa xidmət edir. Qiymətləndirmə yox, dəyərləndirmə səciyyəsi daşıyır.

4. Müəllimlər qiymətləndirmə meyarları, qiymətləndirmə üsulu və qiymətləndirmə vasitələrinin nə olduğunu fərqləndirə bilmir.                                                                   5. Müəllimlər qiymətləndirmə meyarlarını dərsin öncəsində elan etmirlər.

6. Müəllimlər meyarlara müvafiq qiymətləndirmə aparmırlar. Əvvəlki kimi özləri necə gəldi şagirdi qiymətləndirirlər.

7. Müəllimlər qiymətləndirmə meyarı çıxarmağı bacarmırlar.

8. Müəllimlər konstruktiv rəy verməyi bacarmırlar.

9. Müəllimlər düzgün əks-qurmağı bacarmırlar.

10. Müəllimlər şagirdlərin fəaliyyətlərini dəyərləndirərkən geridönüş etmirlər.                    Mənbə: tehsilmedia.az

0.017619132995605