Fransa parlamentinin sədri Ukraynaya qoşun göndərilməsini istisna etmir

Fransa parlamentinin sədri Ukraynaya qoşun göndərilməsini istisna etmir
 

“Fransa parlamenti bu ölkənin öz qoşunlarını Ukraynaya göndərməsini mümkün hesab edir”.

Paralel.az xəbər verir ki, bunu Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive deyib.

Odessada keçirdiyi mətbuat brifinqi zamanı Bron-Pive Fransa prezidenti Emmanuel Makronun əvvəlki açıqlamalarına münasibət bildirib və hər şeyin mümkün olduğunu deyib.

“Respublika prezidenti öz bəyanatında bildirib ki, o, heç nəyi istisna etmir, Fransanın göstərdiyi, nümayiş etdirdiyi və müharibənin sonuna qədər nümayiş etdirəcəyi mövqedə, qələbənin özünə qədər heç nə istisna deyil, hər şey mümkün olaraq qalır. Mən prezidentin sözlərini əlavə şərh etməyəcəyəm, bu mövqe kifayət qədər aydındır”, - deyə o vurğulayıb.

Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Qərb ölkələrinin Ukraynaya kömək üçün qoşun göndərə biləcəyini istisna etməyib.

Daha sonra Fransa lideri aydınlaşdırıb ki, Rusiya yenidən Kiyev və ya Odessaya hücuma başlayarsa, ölkəsi Ukraynaya öz ordusunu göndərə bilər.

 

0.015132904052734