Rumıniyanın energetika naziri birgə komisiyanın iclasında iştirak edəcək
Rumıniyanın energetika naziri Sebastyan-İoan Burduja Azərbaycana səfər edəcək.
"Report"un əldə etdiyi məlumata görə, səfərin məqsədi Bakıda keçiriləcək Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın 8-ci iclasında iştriak etməkdir.
Azərbaycandan neft-qaz alan Avropa ölkələrdən biri də Rumınyadır. Rumınya ölkəmizlə sıx əlaqədə olduğuna görə, hər iki ölkənin nümayəndə heyətləri tez-tez rəsmi görüşürlər.
Bu dəfə komissiyanın Azərbaycan tərəfdən həmsədri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.
Nazirlərin birgə mətbuat konfransı da nəzərdə tutulur.