Kütləvi satış başladı: bu maşınlar ucuzlaşdı - Azərbaycanda

Kütləvi satış başladı: bu maşınlar ucuzlaşdı - Azərbaycanda
 

“Satışa çıxarılan “Prius”ların sayı bir gecədə 3 dəfə artıb. Paytaxt ərazisində fəaliyyət göstərən taksilərin əksəriyyətinin "Prius" olması bəlli məsələdir. Yeni qərarla istehsal ili 2006-2007-ci illər olan həmin avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. Ona görə də, əlində belə maşını olanlar tezbazar satmağa çalışır”.

Paralel.az xəbər verir ki, bunu “Operativ Media”ya açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnur Sərdarlı deyib.

Ekspertin sözlərinə görə, bu qərar gözlənilən idi. Lakin taksi parkı olan şəxslər düşünürdü ki, hansısa formada fəaliyyət göstərəcəklər. İndi isə vəziyyət dəyişib.

“Taksi fəaliyyəti ilə bağlı tələblərin sərtləşdirilməsi ölkənin taksi parkında olan vəziyyəti dəyişib. Paytaxt Bakıda olan taksi minik vasitələrinin əksəriyyəti yeni tələblərə uyğun deyil. Nazirlər Kabinetinin taksilərin rəngi ilə bağlı yeni tələbi və il məhdudiyyəti ilə bağlı qərarın iyul ayında başlaması bir çox taksi sürücüsün çıxılmaz vəziyyətdə qoyub. Xüsusilə biznesmenlər bir neçə ucuz avtomobil alaraq gündəlik icarəyə verirdilər. Sürücülər 18 saat işləsə belə də, qazanc əsas sahibkarın idi. Ən çox istifadə olunan isə "Toyota Prius"lar idi. Qiyməti ucuz və ekonom olan bu maşınlar Bakıda heç də yaxşı tanınmırdı. Çünki qəzaların çoxu bu maşınların iştirakı ilə olurdu. İndi isə böyük əksəriyyəti satışa çıxarılıb”.

445849Ekspert deyir ki, qarşıdakı günlərdə satışa çıxarılan köhnə avtomobillərin sayı yenə artacaq. Bu isə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər.

“Qərar elan olunan anda elan saytlarında 2006 və 2007-ci il istehsalı olan 343 maşın var idi. İndi isə 1084 ədəd “Prius” satışa çıxarılıb. Bu həftə ərzində bu say artacaq. Həftəsonu avtomobil bazarlarında da taksidə ən çox istifadə olunan köhnə maşınların satşa çıxarılması gözlənir. Qiymətlər indidən ucuzlaşıb. Bu maşınlar 12 500-14 500 manata satışa çıxarılırdı. İndi 10 min manata satılır. Hətta toplu halda satanlar da var. Əksər taksipark sahibi hamısını birdən satışa çıxarır. Düşünürəm ki, bu digər avtomobillərin də qiymətinə təsir edəcək”.

 

0.030715942382812