Həkimə rüşvət verməyənə pis baxılan ölkə - VİDEO

 Həkimə rüşvət verməyənə pis baxılan ölkə - VİDEO
 

Baku TV-də Gülnar Muradovanın təqdimatında yayımlanan “Oralarda necədir?” rubrikasının yeni buraxılışı efirə gedib.

Bu dəfə Meksikanın cənubundakı Yukatan yarımadasında yerləşən və əla çimərlikləri, maraqlı qastronomiyası ilə seçilən Kankun şəhərindən bəhs olunub.

Kankun elə şəhərdir ki, burada həmişə günəş var. Elə bu səbəbdən də turistik şəhərdir. Eramızdan 1200 il əvvəl burada mayyalar yaşayırmışlar. Kiçik şəhərcik olan Kankunun turistik şəhərə çevrilməsi isə 1971-ci ildən başlayıb.

Elə o vaxtdan bura Meksikanın bir çox yerlərindən insanlar axışıblar. Kankunun dəniz sahilindəki təmtəraqlı hotelləri və kazinoları şəhərin əsas gəlir mənbəyidir. Hotellərdəki xidmət digər ölkələrdəki hotellərdən fərqlənməsə də, Karib dənizi həqiqətən də gözəldir. Bəlkə də, məhz buna görə Kankunda dincəlməyə dəyər.

Əsas məsələ isə odur ki, burada əyləncə bitmir. Kankun əhalisi elə də varlı yaşamır. Kommunal xərclər aya 275 dollar, bizim pulla 467 manat edir. Ailənin digər xərcləri isə aşağı-yuxarı 500 dollar edir. Bu isə 850 manatdır. Kankunda - elə Meksikanın digər şəhərlərində olduğu kimi orta sinif o qədər də gözə dəymir.

Burda insanlar ya varlıdırlar, ya da kasıb. Hər iki halda meksikalılar çox işləyirlər. Hətta rəngləri ilə gözoxşayan Karib dənizi sahilində istirahət etməyə belə vaxtları qalmır. Meksikada kasıb əhali üçün olan dövlət xəstəxanaları var. Eləcə də pullu dövlət xəstəxanası mövcuddur. Bura səviyyəsinə görə pulsuz xəstəxanalardan daha yaxşıdır.

Sığortası olan əhali üçün isə xəstəxanalar ayrıdır və təbii ki, özəl klinikalar da var ki, onlar ən bahalılarıdır. Ən yaxşı müayinə və müalicə də məhz özəl klinikalardadır. Tibblə bağlı maraqlı məqamlardan biri də odur ki, Kankunda apteklərdə də həkimlər olur.

Onlar xəstəyə ilkin yardım göstərir və lazım olan həkimə yönləndirirlər. Ciddi bir şey yoxdursa, bəzi dərmanlarla müalicəyə göstəriş verilir. Belə bir müayinə xəstəyə beş dollara (doqquz manat) başa gələcək.

Ətraflı süjetdə:

 

0.026846885681152