"Qaraçı" filminin ulduzu VƏFAT ETDİ 

 

“Qaraçı” və “Budulayın qayıdışı” filmlərində rol alan aktrisa Sonya Timofeyeva 79 yaşında vəfat edib.

Paralel.az xəbər verir ki, bu barədə jurnalist Andrey Malaxov məlumat verib .

Onun sözlərinə görə, martın 14-də dünyasını dəyişən aktrisa ilə ən son ünsiyyətdə olan şəxs o olub. O qeyd edib ki, son səyahətində onu yalnız üç nəfər müşayiət edib.

Sofiya Timofeyeva 1944-cü ildə köçəri qaraçı ailəsində anadan olub. 14 yaşında qastrolda olan qaraçı teatrının truppasına qatılıb.

“Qaraçı” və “Budulayın qayıdışı” filmlərində də bütün qaraçı mahnılarını ifa edib.

 

0.016672849655151