Rusiyada ABŞ dollarının dəyəri artıb.
Paralel.az-ın məlumatına görə, Moskva birjasının açılışında dolların məzənnəsi 7,25 qəpik artaraq 92,87 rubl olub.
Avronun məzənnəsi isə 4,5 qəpik azalaraq 100,24 rubla enib.
Çin yuanının rubla nisbətdə məzənnəsi isə 5,2 qəpik artaraq 12,8 rubl olub.