Olimpiya çempionu azadlıqda
Futbol üzrə olimpiya çempionu Dani Alveş apellyasiya şikayətinə qədər girov müqabilində həbsdən buraxılıb.
Məlumata görə, braziliyalı girov ödəmək üçün 1 milyon avro toplaya bilib.
Onun hesabları dondurulub.
Alveş girov ödəməsi ilə yanaşı, iki pasportunu (Braziliya və İspaniya pasportlarını) təhvil verib. Odur ki, futbolçu ölkəni tərk edə bilməyəcək.
O, həftədə bir dəfə məhkəməyə gəlməlidir.
Qeyd edək ki, Alveş son 14 aydır həbsdədir. 2024-cü il fevralın 22-də Dani təcavüzə görə 4,5 il müddətinə azadlıqdan məhrum edilib.