Dünyam yıxıldı - Abdulla Saymaz 

Dünyam yıxıldı - Abdulla Saymaz 
 

Dünyam yıxıldı

Dizə vuran deyiləm,
Çökdüm- duran deyiləm.
Tikib-quran deyiləm,
Qurduqlarım dağıldı.

Olsa da təmiz adım,
Qismətimi danladım.
Həyatı düz anladım,
Ən maraqsız nağıldi.

Səpilirəm bitmirəm,
Bezib çıxıb getmirəm.
Heç nəyi dərk etmirəm,
Başımdakı ağıldı?..

Gəlib ayrılıq dəmi,
Gücüm yox çəkim qəmi.
Büküm şələ-şüləmi
Can boğaza yığıldı.

Ələmədi ələyim,
Üz döndərdi fələyim.
Bütün arzum, diləyim,
Üzü üstə çaxıldı.

Hamınıza əlvida,
Bu da olsun son vida.
Gözləməyin səs-səda,
Mənim dünyam yıxıldı.

0.12593197822571