"Mən atəşsiz qovrulmuşam İlahi" - Məhərrəm Orucsoy yazır...

 

Dünya məni təngi nəfəs eyliyib
Çox zamansız yorulmuşam İlahi.
Can qalmayıb cəhənnəmdə yanası
Mən atəşsiz qovrulmuşam İlahi.

Tonqalımdan yoxdur əsər əlamət,
Kimsə məndən tapa nəsə işarət,
Əsib tufan, sanki qopub qiyamət,
Kül olmuşam sovrulmuşam İlahi.

Kaş görəydim hüzurdayam Hürr kimi.
Sirr yolunda tanınmışam sirr kimi.
Ayıqlanıb, xəlbirlənib dürr kimi
Daşdan keçib durulmuşam İlahi.

Eşqim coşa ürəkləri hürküdə.
Unutdura dünyanıda, mülkü də.
Birdə görəm şah olmuşam sevgidə
Təkcə sənə vurulmuşam İlahi.

Paralel.az 

0.04303503036499