Etruskların yaz bayramı - İlhami Cəfərsoy
Etrusklar hələ Anadoludan İtaliyaya köçməzdən qabaq Troya yaxınlığında yaşayarkən yazın gəlişini, təbiətin oyanışını etnik mərasim kimi keçirir, həmin mərasimi Yaz adlandırırdılar. Bu barədə Sili İtalikin "Pun müharibəsi", Publi Maron Vergilinin "Eneida" eposunda dəyərli bilgilər vardır. Biz indi yaz fəslinin ilk günündə doğulan oğlan uşaqlarımıza Bayram adı qoyuruq. Etrusklar üç min il bundan qabaq yazda doğulan erkək balalarına Yaz adı verirdilər. Etrusk tayfa başçılarından biri Dardanın kiçik qardaşının adı Yaz idi. Tarixi mənbələrdə Yaz, Yaş, İaz variantlarında qələmə alınan Yazın adı yalnız kitablarda qalmışdır, Dardanın adı isə bu günədək Dardanel boğazının adında yaşamaqdadır. Misirin Türk əsilli məmlük sultanları da Yaz bayramına novruz demirdilər, yaz deyirdilər. Yazın ilk günündə dünyaya gələn erkək balalarına Novruz yox, Yaz adı verirdilər. Fəzlullah ibn-Ruzbixan Xunci "Tarixi aləm-arayi-Amini" əsərində yazır ki, Misir məmlük sultanının kiçik qardaşının, o zamankı Hələb valisinin adı Yaz bəy idi. Kiçik qardaşa Yaz bəy adı vermək adəti qırğızlarda da vardı. V.V.Radlov yazır ki, qırğızların Yaz adlı tayfası Çinin şimal-qərbində yaşayırdı. Özünü Yaz adlandıran xalqın bir hissəsi Xəzər xaqanlığının ərazisində yurd salmışdı. Slavyanlar 944-cü ildə Xəzərləri məğlub edəndə onlar Dnepr və Dnestr çaylarının aşağı axarına çəkilib döyüşləri davam etdirirdilər. Telekanallarda Yaz bayram adımızı gəbr mənşəli farsların dilində novruz formasında eşitdikcə aldığım dilçi diplomlarını yandırmaq istəyirəm. Çünki gəbr ölüyandıran deməkdir. Gəlin, ölülərini yandıran farslarn ağzı ilə bayrama novruz deməyək, Yaz bayramı deyək.
Paralel.az