Dövlət Statistika Kömitəsinin məlumatına görə, pensiyaçılar sürətlə azalır
DSK - nın hesabatında bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.
2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il Azərbaycanda pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.
Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.
Ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub.
Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Ölkəmizdə aylıq pensiyaların orta məbləği bu il 441,3 manat təşkil edib.
Paralel.az