Paşinyanın verdiyi açıqlamalar hansı təsəvvürləri yaradır? - Asif Nərimanlı 

Paşinyanın verdiyi açıqlamalar hansı təsəvvürləri yaradır? - Asif Nərimanlı 
 

Paşinyanın dünən Tavuşda verdiyi açıqlamalar Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı qapalı danışıqlarda nələrin müzakirə edildiyinə dair müəyyən təsəvvürlər yaradır.

Bakı işğal altında qalan 8 kəndin anklav olmayan dördünün indi qaytarılmasını istəyir, İrəvan iddia etdiyi “31 kənd” məsələsini irəli sürür. Lakin “31 kənd” Azərbaycanın faktiki nəzarətində deyil, ordumuz bu kəndlər ətrafında strateji yüksəkliklərdə mövqelənib. İşğal altında qalan 8 kənd isə birbaşa ermənilərin nəzarətindədir. Bakı İrəvana bildirir ki, əvvəlcə yaşayış sahəsi işğalda olan kəndlər azad edilsin, daha sonra vizual nəzarətdə olan kəndlər məsələsinə baxılsın.

Bu o deməkdir ki, ilkin mərhələdə 4 kənd qaytarılır, lakin Azərbaycan Ermənistanın istədiyi kimi sərhədin hansısa istiqamətində geri çəkilmir, sadəcə olaraq, bu məsələnin müzakirə mərhələsinə keçməsi ilə razılaşır.

Paralel.az 

0.026264190673828