Yəmən hərbi-dəniz qüvvələri “Mado” gəmisini hədəfə alıblar -“Al Masirah”
telekanalı

Yəmən hərbi-dəniz qüvvələri “Mado” gəmisini hədəfə alıblar -“Al Masirah”telekanalı
 

Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının husiləri Qırmızı dənizdə ABŞ-yə aid olduğunu müəyyən etdikləri “Mado” adlı maye-qaz tankerinə hücum ediblər.

Paralel.az  xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya məlumat verib.

“Yəmən hərbi-dəniz qüvvələri gəmi əleyhinə raketlərdən istifadə edərək əməliyyat keçiriblər və Qırmızı dənizdə ABŞ-yə məxsus “Mado” gəmisini hədəf alıblar”, - deyə Sariya husilərə məxsus “Al Masirah” telekanalında bildirib.

 

0.020262956619263