“Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda tədbir keçirilib
Gələcək inkişaf və milli ideya ilə bağlı ictimai müzakirələr ölkəmizdə tədricən geniş vüsət alır. Elm adamları və ziyalılar gələcək inkişafla bağlı təşkil edilən tədbirlərdə fəal oştirak edur, konkret təkliflər verirlər.
Gələcək inkişaf ilk növbədə ölkədəki təhsilin durumundan asılıdır. Bu səbəbdən diskussiyaların önəmli hissəsi təhsil mövzusunda və təhsil müəssisələrində aparılmalır. Axı, “Təhsil millətin gələcəyidir” (H.Əliyev).
ADA universitetinin son illər təhsil sahəsində təşkil etdiyi təhsil müzakirələri ictimaiyyətin böyük marağına səbəb olmuşdur. "Təhsil dialoqları" adlı silsilə müzakirələr artıq xeyli vaxtdır ki, bu universitetdə reallaşır.
ADA-da bu ərəfədə "Təhsil dialoqları"nın növbəti toplantısı oldu.
“Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda olan bu müzakirəyə təhsil mütəxəssisləri, alimlər, tələbələr toplaşmışdı. Tədbiri giriş sözü ilə ADA-nın “Təhsilin idarəedilməsi” fakultəsinin dekanı, Ülviyyə Mikayılova açmış, mövzunun aktuallığını və milli təhsilimiz üçün əhəmiyyətini qeyd etmişdir. Daha sonra aparıcı sözü məruzəçiyə - ADPU-nun dosenti, İlham Əhmədova təqdim etmişdir.
Dos. İlham Əhmədov “Ali təhsil müəssisələrinin rəqabətqabiliyyətliyi” mövzusunda geniş məruzə etdi. Məruzəçi qeyd etdi ki, təhsilimizin rəqabətqabiliyyətli olması üçün təhsil sisteminin bütün komponentləri rəqabətədavamlı olmalı, sinxron fəaliyyət göstərə bilməlidir. Bunsuz təhsilimiz heç vaxt rəqabətqabiliyyətli ola bilməz. Məruzəçi öz çıxışında universitetlərin rəqabətqabiliyyətliyi nədir, universitetlərin rəqabətqabiliyyətliyi meyarları, universitetlərin rəqabətqabiliyyətliyi və rəqabət üstünlükləri, universitetlərimiz niyə rəqabətqabiliyyətli deyil v.s. məsələləri şərh etdi. Qlobal təhsil reytinqlərində universitetlərimizin 20 il davamlı olaraq aşağı yerlərdə olması təhsilimizin rəqabətə davamsız olduğunu açıq şəkildə göstərir.
Tədbirdə iştirak edən tanınmış təhsil mütəxəssisləri- Asif Cahangirov, p.ü.e.d. ARTİ-nin aparıcı elmi işçisi Zəhra Muradova, UNEC professoru Fərhad Rəhmanov və digər iştirakçılar məruzə ətrafında öz fikirlərini bölüşmüş, belə müzakirələrin əhımiyyətini qeyd etmişlər.
Tədbir iştirakçıların böyük marağına səbəb olmuşdur.
Gülnarə Əmirova
Paralel.az