Jurnalistin anasının ölümü ilə bağlı açıqlama

Jurnalistin anasının ölümü ilə bağlı açıqlama
 

Ötən gün jurnalist Fərahim Qasimovun anası müalicə aldığı “Stimul Hospital”da vəfat edib.

Paralel.az xəbər verir ki, jurnalist anasının xəstəxanada sistem köçürülərkən öldüyünü bildirib:

“Dünən, bu gün anamla danışırdıq. Heç bir ciddi problemi yox idi. Tibb bacısı Mələk Abbasova yoxlama etmədən sistem köçürüb. Elə sistemdən sonra da anam vəfat edib. Həkimi İlham Hüseyn yaxasını kənara çəkir. Halbuki müalicəni o yazıb. Hələ bu azmış kimi anamı təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. Sonradan tez reanimasiyaya keçirib, süni tənəffüs aparatına bağlayıblar, guya müdaxilə ediblər, amma xilas etməyiblər. Halbuki anam elə sistem altında keçinmişdi”. 

Məsələ ilə bağlı “Stimul Hospital”la əlaqə saxladıq. Klinikadan ölüm faktını təsdiq etdilər və məsələ ilə bağlı araşdırma aparıldığını bildirdilər:”Müvafiq orqanlar tərəfindən baxış keçirilib. Hazırda prokurorluq və digər müvafiq orqanların əməkdaşları klinikadadır. Məsələni nəzarətə götürüblər. Ekspertiza aparılır. Həkim həmkarımızla bağlı məlumat verə bilməyəcəyəm. Bir qeydiyyat işçisi olaraq xəstənin tam olaraq xəstəliyini bilmirik. Onu həkim, tibb bacısı müayinə edib, başqa bir şey bilmirik. Sadəcə məlumat verildi ki, xanım rəhmətə getdi. Biz yuxarı qalxanda artıq vəfat etmişdi. Meyitə baxış keçirilib. Araşdırmalar davam edir”. (bakupost.az)

  

 

 

0.025579929351807