Skuterlə repetitor yanına irəli! - dos. İlham Əhmədov 

Skuterlə repetitor yanına irəli! - dos. İlham Əhmədov 
 

Bu gün Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin QALİBLƏRİ siyahısını təqdim edib. Qalibləri təbrik edirəm.
Qalib layihələrin arasında təhsilə dair də maraqlı layihələr var. Bu illər ərzində müşahidə etmişəm ki, bu agentlik məhdud maliyyə imkanları ilə təhsilə dair maraqlı layihələri daha çox dəstəkləyir, nəinki ETN. Məsələn, qalib layihələrdən biri "Universitetlərin rəqabət qabiliyyətliyi" kimi adlanır. Bildiyim qədər nazirliyin özünün təşkil etdiyi qrant müsabiqəsində də bu mövzularda layihələr təqdim edilmişdi. Amma belə layihəyə ETN qrant vermədi.
Amma, nazir tez-tez deyir ki, "mənə ideya verin", "necə edək ki, təhsilimiz rəqabətqabiliyyətli olsun", "biz nəyi etmək lazım olduğunu bilirik, amma necə etmək lazım olduğunu bilmirik", "gəlin təhsildəki problemlərdən danışaq, məişət mövzusunda olan məsələlərdən yox" v.s. Amma hadisələr göstərir ki, bu qurumu təhsilin real problemləri çox da maraqlandırmır, əks halda universitetlərin rəqabət qabiliyyətliyinə dair layihəni ciddi şəkildə dəstəkləyərdilər. Deməli verilən bəyanatlar heç də səmimi deyil.
Universitetlərin rəqabətqabiliyyətliyini yüksəltmədən "Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qeyd edildyi “2026-cı ilə ölkənin 2 universiteti TOP 800-də olmalıdır” tələbi necə təmin ediləcəkdir? ETN-nin bununla əlaəqli yol xəritəsi varmı?
20 ildir reytinqlərdə universitetlərimiz pis mövqelərdədir, amma Qazaxstanın 35, Türkiyənin 75 universiteti bu reytinqlərdə yaxşı mövqelərdədir.
Əgər təhsilin inkişafına, onun real problemlərinin həllinə yönəli heç bir ictimai təşəbbüs heç vaxt dəstəklənmirsə, bu halda təhsilin illər ərzində yığılan problemləri necə həll ediləcəkdir? Kim bu problemləri həll edəcəkdir?
Yaxın illərin təhsil tarixi göstərir ki, ETN bu problemləri həll edə bilmir, verilən təkliflər də dəstəkləmir, bəs nəyə ümid edirik?
Keçən ay agentliklərdən birinə 3 aktual layihə təklif etmişdik, heç bir reaksiya verilmədi. Təşəbbüskar insanlar, ekspertlər maliyyə dəstəyi olmadan bu səviyyəli layihələri necə icra edə bilər?
İldə 550 milyon manatı etiraf etdiyiniz kimi, hansısa layihələrə israf edirsiniz (nəticəsi də hiss edilmir), amma aktual və etiraf etdiyiniz, həll edə bilmədiyiniz ciddi problemlərin həllini isə dəstəkləmirsiniz.
Bəlkə düşünürsünüz ki, bu halda dostların layihələrinə qrant çatmaz?
Bəs ETN qrantı hansı mövzularda olan layihələrə verir?
"Məktəblərdə skaut klublarının yaradılması" kimi təhsilə heç bir aiddiyyatı olmayan layihələrə. Bu layihənin təhsilə nə faydası ola bilərdi? ETN izah etsin, ictimaiyyət bun də bilsin.
ETN-nin bu il verəcəyi qrant layihəsinin mövzusu da "Məktəblərdə skutersürənlər klubunun yaradılması" kimi olsa, heç də təəccüblənmərəm. Çünki, şagirdlərin repetitor yanına tez çatması üçün məktəbdə skuter klublarına çox ehtiyac var.

0.016993999481201