Məktəbdən çəkilən o təsadüfi gürüntü

Məktəbdən çəkilən o təsadüfi gürüntü
 

Son vaxtlar Azərbaycanda məktəblərdə baş verən xoşagəlməz hallar məktəb və müəllimlərlə bağlı neqativ fikirlərin yaranmasına səbəb olub.

Bununla belə, təhsil ocaqlarında yalnız neqativ halların baş verdiyini və müəllimlərin öz pedoqoji fəaliyyətini yerinə yetirmədiyini demək ədalətsizlik olardı.

Amma məlum məsələdir ki, məktəblərdə baş verənlərlə bağlı KİV-də və sosial şəbəkələrdə yayılanlar heç də orada bütün olanları əks etdirmir.
Eynilə sosial şəbəkələrdə paylaşılan bu fotoda olduğu kimi. 

Ölkə.Az xəbər verir ki, təhsil ocaqlarından birində təsadüfən çəkilən fotoda qadın müəllimlərdən birinin azyaşlı şagirdin ayaqqabısının ipini bağladığı öz əksini tapıb.

Bəzi hallarda müəllimlər şagirdin tərləyib islanmış köynəyini dəyişir, ayaqqabısının bağını, ayaqyolundan çıxanda şalvarını düymələyə bilməyən şagirdin şalvarını bağlayır.
Unutmaq olmaz ki, müəllim həm də anadır və o yalnız qarşısındakı uşağa şagird kimi yanaşmır, həm də valideynlərin olmadığı yerdə şagirdləri nəzarətdən kənar qoymur.

Billurə

 

 

0.040884017944336