Rusiyada seçki qutularına boya tökdülər, kabinələr yandırıldı - Video
Bu gün Rusiyada prezident seçkilərinin 3-cü və sonuncu günüdür. Ölkə daxilində və xaricdə səsvermə davam edir. 3 gün davam edəcək seçki prosesi bu gün saat 20.00-da başa çatacaq.
Səsvermə prosesi davam edərkən bir çox seçki mərkəzlərinə hücum edilib.
Bəzi seçicilər seçki qutusuna boya töküblər. Bəziləri seçki mərkəzinə molotov kokteyli atıblar. Vahid Rusiya Partiyasının bir çox qərargahı və elektron xidmətləri də kiberhücuma məruz qalıb.
Xatırladaq ki, Rusiya prezidenti postu uğrunda dörd namizəd – Vladimir Putin, Vladislav Davankov, Leonid Slutskiy və Nikolay Xaritanov mübarizə aparır. Rusiyanın Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini martın 18-i günün birinci yarısında açıqlayacaq.