Düzlükdən uzaq düşmüş istənilən dövlət, cəmiyyət, xalq vassal, kölə və bədbəxtdir

Düzlükdən uzaq düşmüş istənilən dövlət, cəmiyyət, xalq vassal, kölə və bədbəxtdir
 

Misir xalqı Hüsnü Mübarəyi, Liviya Qəzzafini, İraq Səddamı yetişdirdi. Qəddar və taleyinə biganə xalq öz hökmdarının qanunsuz əməllərini və özbaşınalığını susması və riyakarlığı ilə stimullaşdırdı. Yaltaq, binamus və məddah ziyalı-alim ordusu hökmdarın yolunu azması üçün ideal şərait yaratdı.
Öz taleyinə biganə və doğulmamış ölməyə meyilli olan xalq şəninə nəğmələr qöşduğu, haram milyardlarla bəslədiyi hökmdarını "məni öldürməyin!" yalvarışlarına baxmayaraq, alçaldaraq kanalizasiyada işgəncə ilə öldürdü. Məhz XXI əsrdə!
Düzlüklə vidalaşıb yalan, saxtakarlıq, oğurluq, rüşvət, riyakarlıq və yaltaqlığa qurşanmış xalqların və onların xəyanətlə bəslədikləri hökmdarların aqibəti belə olur.
Zəif və pis tərbiyələnmiş insan xarakterini asanlıqla işğal edən çoxlu pul və varlanmaq ehtirasının sonu əbədi rüsvayçılıqdır.
Düzlükdən uzaq düşmüş istənilən dövlət, istənilən cəmiyyət və istənilən xalq vassal, kölə və bədbəxtdir.
Xalq maariflənib arınıb-durulmayınca süni hökmdar dəyişiklikləri heç bir işə yaraya bilməz. Bu, aksiomadır.

Professor İdris Abbasov 

Paralel.az 

0.022025108337402