İşığın yaşı olmur - dos. Sadiq Qarayev
Yaza bilən də, bilməyən də üzünü tutdu Anara, onunla müqayisə edilməyə, ya qısqanmağa, ya tərifləməyə, yaltaqlanmağa, ya da daş atmağa...
Onu bir azərbaycanlı yazıçı, ziyalı kimi ürəkdən tərifləyənlər, qürur duyanlar, nələrsə gözləyib, ümidində üzülüb tənqid edənlər də oldu.
Hər iki zümrəyə alqış düşür, çünki arqumentlər və hisslər, düşüncələr təbii idi.
Onu uca görüb paxıllıqdan tənqid edənlər, ya nəsə umub tərif edənlər də oldu.
Bunlar sünilər idi, hər qrumda, hər yerdə var. Çox təhlükəli kateqoriyadılar.
Bu yerdə deyim ki, ilk vaxtlar AYB- yə gedəndə bir neçə nəfərdən eşitdim ki, Anar haqqında bu məqaləni, o şeri, bu hekayəni yazmışam, mənə qəribə gəlmişdi.. Niyə bu qədər adam məhz ondan yazmalıdı, başqa yazıçı yoxdu, ya iş kəsiblər bunlara...
Anar Şuşada oturdu divanda, müzakirələr başladı))
Bir qrup dedi yaxşı edib, digərləri dedi elə bil şəhəri bu alıb. Necə oturmalıydı ki? Qısılıb ya bardaş qurub? Qalub ölkənin ziyalısı kimi oturmuşdu. ALLAH şəhidlərimizə rəhmət eləsin.
Belə bir müzakirə də var, bir qrup deyir Anarın ətrafındakılar vəzifədə saxlayıb ondan istifadə edir, digər qrup deyir ki Anar onların hərəsindən bir cür istifadə edir.
Digərləri də qalıb girinc ki, görəsən hansı düz deyir...
Anar qurultaya getdi, yenidən seçildi. Dedilər ysşlıdı niyə seçildi? Bu neçəci dəfədir, belə olmaz?
Bir tərəfdən də səslər gəldi ki, təcrübəsi, nüfuzu, yaradıcılığı bunu zəruri və haqq edir. O olmasa AYB dağılar.
Anarın əvəzinə başqası seçilsə nə dəyişəckdi? Əmin olun ki, heç nə.
Ya seçilməsəydi, lap elə AYB dağılsaydı nə olacaqdı? Hər halda dünya da dağılmayacaqdı.
Bəs bütün bunların fonunda Anar kimdir?
Azərbaycan xalqının yetişdirdiyi dəyərli azərbaycanlılardan biri, görkəmli yazıçı, anadan istedadlı, bəy kimi doğulan bir ziyalı.
Onun ətrafında baş verən hadisələr, söz- söhbətlər ağı- qarasıyla, gecəsi- gündüzü ilə işığa məxsus olan xassələrdir.
Paralel.az