Gəncədə məzarlıqlar baxımsız vəziyyətdədir

Gəncədə məzarlıqlar baxımsız vəziyyətdədir
 

Gəncədə məzarlıqlardan biri baxımsız vəziyyətdədir.

Paralel.az xəbər verir ki, bu barədə  "Gencexeber.az" saytı yazıb. 

Söhbət şəhərin "Yeni Səbiskar" qəbiristanlığından gedir.

Xəbərə görə sakinlər bildirirlər ki, məzarlıq naməlum şəxslər tərəfindən zibillənib. Oranı ziyarət edən şəxslər bu görüntüdən narahat olduqlarını deyirlər.

“Məzarların arasında məişət tullantıları, mərmər parçaları, quru otlar və digər zibillər var. Arabir gəlib mərhumları yad edirik. Gələndə bu görüntü ilə rastlaşırıq və qəbiristanlığın belə halda olmasına üzülürük. Burada təmizlik və abadlıq işlərinin aparılmasını xahiş edirik”, - deyə sakinlər bildiriblər.

0.036974906921387