Bu rayonların Mühafizə İdarəsinə yeni rəisi təyin edilib

Bu rayonların Mühafizə İdarəsinə yeni rəisi təyin edilib
 

Bakı şəhəri Xəzər Rayon Mühafizə İdarəsinə və Göyçay rayonuna yeni rəislər təyin edilib.

APA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini polis polkovniki Sədi İsmayılov Xəzər Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.

Bundan başqa, nazirin digər əmri ilə polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə rəisi vəzifəsinə təyin olunub.

 

0.019581079483032