"Putinin barəsində çoxsaylı qətnamə və ittihamlar irəli sürülüb" - siyasi ekspert 

 

"Avropa İttifaqı Parlamenti Rusiya prezidenti Vladimir Putinlə bağlı yeni qətnamə qəbul edib. Bu qətnamə həbsdə dünyasını dəyişən Rusiya müxalifətinin lideri Aleksey Navalninin ölümündən dolayı, hüquqi və siyasi məsuliyyətin Rusiya prezidenti Vladimir Putinin üzərində olduğunu təsdiqləyən sənəd hesab olunur."

Paralel.az xəbər verir ki, bunu siyasi ekspert Çingiz Şahbazi deyib.

Onun sözlərinə görə, Putinin barəsində çoxsaylı qətnamə və ittihamlar irəli sürülüb.

"Beynəlxalq cinayət işi açılıb və hətta beynəlxalq həbs orderi belə verilib. Əslində Rusiya müxalifətinin lideri Aleksey Navalninin ölümü, Rusiyada Putinin reytinqini kəskin şəkildə aşağı düşürdü. Navalninin həyatına son verilmə qərarı, iki il öncə Rusiyanın Ukraynaya hücum qərarının nə qədər yanlış hesablamalara söykəndiyi kimi, səhv və təhlükəli qərar hesab edilə bilər. Düşünürəm ki, bu qərarın da arxasında Putin hakimiyyətinin sonunu tezləşdirmək siyasəti dayanır. Çünki ölkədə prezident seçkiləri ərəfəsində,iddialara görə yanlış məlumatlar nəticəsində aradan götürulən Aleksey Navalninin ölümü, artıq Rusiyada ciddi şəkildə Putin hakimiyyətini silkələməkdədir və Rusiyanı dəyişə biləcək hadisələrin baş verməsi çox yaxında görünməkdədir. Bunun səbəbi sanksiyalar və yaxud da hansısa qətnamənin təsiri ola bilməz. Bu, Rusiya kimi cəmiyyətlərdə, Navalninin müəmmalı ölümü kimi hadisələri əsla bağışlamamaqdan baş verə biləcək cəza növü sayıla bilər".

Paralel.az 

0.019365072250366