Professordan zəlzələ xəbərdarlığı: 7 bal gücündə...

Professordan zəlzələ xəbərdarlığı: 7 bal gücündə...
 

Qazi Universiteti Zəlzələ Araşdırma Mərkəzi Qurucu Başçısı Geologiya Mütəxəssisi, professor Süleyman Pampal 6 fevral 2023-cü ildə Kahramanmaraş mərkəzli zəlzələlərdə ən böyük dağıntının yaşandığı və çoxlu itkilərin yaşandığı Hatay haqqında xəbərdarlıq edib.

AZXEBER.COM bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Ölüdəniz Fay xəttinə diqqət çəkən Pampal deyib:

"Fevralın 6-da baş verən zəlzələlər zamanı bu fay Hatayın Kırıkxan əazisinə qədər qırılıb. Bu ərazidə ən dağıdıcı və tez-tez zəlzələ baş verən faydır. İndi o fay qırılmağa başlayacaq. Əgər başlasa, təəssüf ki, Hatay yenidən dağıdıcı bir zəlzələ yaşayacaq. Bunu nəzərə alaraq, o zəlzələlərə tab gətirmək üçün Hatayı yenidən qurmalıyıq. Bu bölgə, bu fay 7-8 bal gücündə zəlzələlər yaradır. Fay xətti qırılarsa, 7 baldan daha böyük zəlzələ yaradacaq. Bundan Hatayın yuxarı mərkəzi və cənubdakı Suriya təsirlənəcək".

 

0.023592948913574