Səfərbərlik və Hərbi Çağırış Dövlət Xidmətində islahatlar davam edir

Səfərbərlik və Hərbi Çağırış Dövlət Xidmətində islahatlar davam edir
 

Respublika Səfərbərlik və hərbi çağırış xidmətinin rəisi Mürsəl İbrahimov sabiq xidmət rəisi Arzu Rəhimovun qanunazidd qaydalarını ləğv edir.

Xeyli vaxt idi ki, Azərbaycanda rüşvət və korrupsiyaya bulaşmış dövlət orqanları arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ön sırada yer alırdı.

Ölkə Prezidenti cənab İlham Əliyev keçən ilin aprel ayında çox haqlı olaraq SHXÇDX-nin sabiq rəisi Arzu Rəhimovu vəzifədən çıxardı və onun yerinə Mürsəl İbrahimovu təyin etdi.

Mürsəl İbrahimov ilk olaraq Arzu Rəhimovun hesabına SHXÇDX-də yuva salmış rüşvət və korrupsiya mafiyasında fəaliyyət göstərən müavinləri tutduqları vəzifədən uzaqlaşdırdı.

İlk gündən ölkə Prezidentinin dövlət xidmətində dərin islahat keçirmək barədə tapşırığını müvəffəqiyyətlə yerinə yetirən xidmət rəisi Mürsəl İbrahimov SHXÇDX-də dərin kadr və struktur islahatına start verdi.

Beləliklə Mürsəl İbrahimov qısa zamanda Arzu Rəhimovun SHXÇDX-də yaratdığı rüşvət və korrupsiya komandasını sıradan çıxararaq, gənc kadrlar hesabına dövlət xidmətinə sağlam kadrlar cəlb edib.

Hazırda respublika SHXÇDX-nin rayon şöbələrinin əksər rəisləri sərəncama götürülüblər və bir neçə rayon şöbələrinə isə yeni rəislər təyin olunub.

Paralel.az

0.014364004135132