Prezident İlham Əliyev yeni fərman imzaladı

Prezident İlham Əliyev yeni fərman imzaladı
 

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər veriləcək.

Paralel.az  xəbər verir ki, bu, dövlət başçısının təsdiqlədiyi Fondun vəsaitlərinin formalaşdırılması və istifadə qaydasında öz əksini tapıb.

Qaydaya əsasən, kreditləri Energetika Nazirliyi yanında Enerji Məsələləri Tənzimləmə Agentliyi müvəkkil kredit təşkilatları vasitəsilə verəcək.

Hər bir layihə üzrə Fondun vəsaitindən aşağıdakı hədlərdə güzəştli kredit verilə bilər:

1 000 manatdan 50 000 manata qədər - kiçik kreditlər;

50 001 manatdan 1 000 000 manata qədər - orta kreditlər;

1 000 001 manatdan 10 000 000 manata qədər - böyük kreditlər.

Güzəştli kreditlər aşağıdakı müddətə verilir:

Kiçik kreditlər üçün - 5 ilə qədər;

Orta kreditlər üçün - 10 ilə qədər;

Böyük kreditlər üçün - 15 ilə qədər.

 

0.063060998916626