Ailə institutunun dağılma səbəbləri...

Ailə institutunun dağılma səbəbləri...
 

Avropa sıradan çıxardığı ailə institutunu bərpa etmək istəyir

Bəziləri ailə institutunu Azərbaycan cəmiyyətinin milli mentaliteti kimi təqdim etməyə uğursuz cəhd göstərir. Təbii ki, nə qədər "dolğun arqument"ləşdirmə olsa da, bu cəhdlər nəzəri və təcrübə baxımından boşa çıxır. Ona görə ki, ailə institutu bəşəri bir anlayışdır, sadəcə olaraq hər bir xalq bu anlayışa özünün müəyyən çalarlarını qatıb. Məsələn, Azərbaycan ailəsinin qurulmasında təmtaraqlı toyu mentalitet saymaq olar, hansı ki, bunun da zərərli bir ənənə olduğu barədə fikirlər, mövqelər və mülahizələr var. Lakin Qərbdə Fredrix Engels ailəni kiçik dövlət adlandıranda, bu barədə "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" adlı dünyaca məşhur fəlsəfi əsərini qələmə aldığı vaxt bizdə ailə instinktiv hisslər əsasında formalaşan bir ənənə idi. Azərbaycanda ailənin bir institut olaraq formalaşması son yüz-yüz əlli ilə təsadüf edir. Bunları qeyd etməklə onu əsaslandırmağa çalışıram ki, ailə institunun yaradılmasında biz xalq olaraq müəlliflik hüququna iddia edə bilmərik. Amma hakimiyyəti altında yaşadığımız rejim, milli və dini xüsusiyyətlərimiz son 30 il əvvələ qədər ailə institutunun möhkəmlənməsinə səbəb olub. Bütün mənfi xüsusiyyətləri ilə bərabər, SSRİ dönəmində ailələrin möhkəmlənməsi, ailə institutunun inkişaf etməsi üçün münbit şərait var idi. Məsələn, o zaman mütəxəssislər  yüksək vəzifəyə təyin edilərkən həmin şəxsin ailəli olması şərt olaraq nəzərə alınırdı, boşanma halları tərcümeyi-halda minus kimi qəbul edilirdi və s. Azərbaycan ailələri, o cümlədən əksər türk xalqları bu fürsətdən yararlandı və ailə institutunu möhkəmləndirdi. Amma heç də bütün xalqlar sovet imperiyasının yaratdığı bu fürsətdən istifadə edə bilmədi. Bu, türk xalqlarının üstünlüyü sayıla bilər.
Əsas sual isə odur ki, nə üçün dünyada ailə institutu sarsıyıb və ya sarsıdılıb. Qərbi Avropa ölkələrində bu proses təxminən 19-cu əsrin ortalarından başlayıb, Azərbaycan kimi ölkələrdə isə bu tendensiya 20 və 21-ci əsrlərin qovşağında qabarıq şəkildə təcəlla etməyə başladı.
Fikrimizcə Avropa ölkələrində ailə institutu feodalizmdən kapitalizmə keçid dövründə siyasi etirazların təmərküzləşməsində siyasi proseslərə ilk töhfəsini verdi. Belə ki, feodal hakimiyyətə qarşı ilk etirazlar ailə daxilində formalaşmağa başladı - ailə üzvləri başa düşdü ki, onların güzəranının yaxşılaşmasına mane olan qüvvə feodal iqtidar
ıdır. Burjaziya isə ailələrin bu rəyini dəstəkləyərək onları küçələrə çıxartdı. Etirazlar təmərküzləşərək aksiyalara, aksiyalar isə burjua inqlablarına çevrildi. Beləliklə, rüşeyimi ailədən gələn etirazlar burjaziyanı - kapitalistləri hakimiyyətə gətirdi. Lakin ailəni təmsil edən sadə insanlar öz istəklərinə yetişə bilmədi, ona görə də mübarizəni davam etdirdi. Qərb ölkələrinin hakim kapital sahibləri mərhələli şəkildə etirazçılar qarşısında güzəştə getdi və sadə vətəndaşların tələblərini yerinə yetirməyə başladı. Nəticədə onlar gəlib demokratiyaya çatdılar. Lakin əsas istehsal deposu ailə olan etirazlar da demokratiya ilə birlikdə inkişaf etməyə başladı. Hər bir güzəşt daha yeni, daha təkmil və daha kəskin tələb doğururdu. Ona görə də hakimiyyətlərin sifarişi ilə bu etirazlara, cəmiyyətin tələblərinə məhdudiyyət qoymaq üçün siyasət alimlər - politoloqlar yollar axtarmağa başladılar. Axtarışlar uzun sürmədi, problemdən iki çıxış yolu göstərildi - etirazlar istehsalçısı olan  ailə institutunun zəiflədilməsi və ya dağıdılması; vətəndaş və insan hüquqlarına qanunlar vasitəsi ilə məhdudiyyətlərin qoyulması. Demokratiya beşiyi hesab etdiyimiz Avropa və bütün inkişaf etmiş demokratik dünya bu gün cəmiyyətin ən kiçuk zivenosu (hissəsi) olan ailə institutunu zəiflədərək sıradan çıxarıb. İndi həmin ölkələr ailə institutunun dağılmasından dolayı yaşanan problemləri aradan qaldırmaq üçün onu yenidən bərpa etmək məqsədi ilə hər il milyardlarla dollar vəsait xərcləyirlər. Dünyanın demokratik kəsiminin ailəni dağıtmaq üçün ən həssas və səmərəli  silahı qadın azadlığı, qadın hüquqları - gender bərabərliyi olub. Son illər bir qədər də irəli gedərək feminizmi yenidən moderin formada dirçəldiblər.
Feminizm qadınların azadlıq uğrunda hərəkatın əsasında cinslərin bərabərliyi nəzəriyyəsi dayanır. Lakin daha çox onu geniş şəkildə cinslərin hüquq bərabərliyi təsəvvürlərinə əsaslanan qadın hüquqlarının müdafiəsi üzrə müxtəlif hərəkatlar kimi izah edirlər (bu halda termin qadın hərəkatının sinonimi kimi işlədilə bilər). Ötən əsrin əvvəllərində isə feminizm kişilərə nifrət edən qadınların hərəkatı kimi formalaşdırılmışdı.
Ailənin deqradasiyaya uğradılması hakimiyyətlər üçün yalnız cəmiyyətdən gələn etirazları azaltmaq baxımından çox səmərəli o
ldu. Ancaq bu proses özü ilə cəmiyyətə köklü problemlər gətirdi. Məsələn, ailə institutu tamamilə dağıdılan ölkələrdə əhali sayı sürətlə azalır, bunun əvəzində narkomaniya, fahişəlik, insan alveri, cinayətkarlıq və s. cəmiyyətdə sürətlə genişlənir. Bunlar isə hakimiyyətlər üçün yenidən rəngarəng problemlər yaradır. Bu səbəbdən son yarım əsir ərzində Avropa ölkələri ailə institutunun bərpa və inkişaf etdirilməsi məqsədilə milyardlarla dollar vəsait xərcləsə də, buna əsasən nail ola bilmir.
Məsələn, artıq fransalılar, almanlar, avstryalılar, isveçlər və s. Avropa xalqları sürətlə azalır, demoqrafik böhran yaşayır. Bu ölkələrdə ailə bağları qırıldığı üçün çox az sayda gənc ailə quraraq nəsil artırmaq fikrinə düşür. Ailə quranlar isə yalnız təkuşaqlı yaşamaq istəyir ki, bu da elə azalma deməldir. Çünki cütlük - iki nəfər özündən sonra yalnız bir va
ris qoyur. Məhz ailə institutunun sarsıdılması üzündən demokratik düşərgə - inkişaf etmiş dünya ölkələrinin əksəriyyəti demoqrafik böhran yaşayır.
Azərbaycanda isə bu istiqamətdə tendensiya ötən əsrin əvvəllərindən başlayıb. Artıq az qala il ərsində boşa
nanların sayı ailə quranların sayını üstələyib, aliment problemi tuğyan edir. Belə davam etsə, bir neçə ildən sonra biz də bir xalq olaraq azalmağa başlayacağıq. "Ailə institutu necə dağıdılır?" sualına isə gərəkərsə, növbəti yazılarımızda qayıdarıq.

Akif Nəsirli, "Paralel.az" 

 

 

0.016814947128296