“Bu qədər vəsaitlə GPON çəkilən evlər milyondan çox olmalı idi” - TƏNQİD

“Bu qədər vəsaitlə GPON çəkilən evlər milyondan çox olmalı idi” - TƏNQİD
 

"Aztelekom"un xərclədiyi bu qədər vəsaitlə GPON bağlantı qurulan evlərin sayı milyondan çox olmalı idi.

"Ölkə.Az" xəbər verir ki, bunu İKT sahəsi üzrə ekspert Osman Gündüz deyib. Ekspert açıqlanan rəqəmlərdə anlaşılmazlıq olduğunu düşünür:

"Aztelekom" 2022-ci ildə gəlirlərinin təqribən 107 milyon manat olduğunu açıqlayıb. Lakin bu dövlət şirkəti həmin ili 26 milyon manat zərərlə başa vurduğunu da bildirib. Hansı ki, sözügedən zərər əvvəlki ildən də 2,25 dəfə çoxdur.

"Aztelekom" xərclərin çoxluğunu və zərərini əsasən kadrların, əlavə işçi qüvvəsinin və ixtisaslaşmış texniki dəstək xidmətinin, həmçinin internet trafikin alışının artması ilə izah edib.

Maraqlıdır ki, bu qədər vəsaitin qarşılığında həmin dövrdə cəmi 341 min evə GPON çəkilib. Belə çıxır ki, 341 min bağlantı üçün 130 milyon manatdan çox vəsait xərclənib. Bu, ağlasığmazdır. Bu qədər vəsaitlə bağlantı qurulan evlərin sayı milyondan çox olmalı idi".

"Burada nəsə yanlışlıqlar var. Ümid edirəm ki, "Aztelekom" dövlət şirkəti  bu məsələyə aydınlıq gətirəcək". - deyə O. Gündüz əlavə edib.

Könül
Ölkə.Az

 

0.086102962493896