Bakının bu ərazisində mənzillər istiliksiz qalıb - SƏBƏB

Bakının bu ərazisində mənzillər istiliksiz qalıb - SƏBƏB
 

Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində mənzillərin istilik təminatında problem yaranıb.

“Ölkə.Az”ın məlumatına görə, sakinlər istiliyin dünəndən etibarən kəsildiyini bildirirlər.

“Məsul şəxslərdən soruşaq, görək Xocalı soyqırımı günündə mənzilimizə gələn istiliyi kəsməklə, evləri buza döndərməklə, nə demək istəyirlər?”, - deyə sakinlərdən biri sosial şəbəkə hesabında paylaşım edib.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı məsələ ilə bağlı “Ölkə.Az”ın sorğusunu cavablandırıb. O bildirib ki, magistral xəttə axıntı müəyyən edildiyindən təmir işləri aparılır:

“Ən yaxın saatlarda istilik bərpa olunacaq”, - deyə qurum nümayəndəsi əlavə edib.

Könül
Ölkə.Az

 

 

0.01468300819397