Abşeron - Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva məktəblərdə anarxiya yaradıb: Nazir isə göz yumur, niyə?
Abşeron rayon məktəblərində rüsvayçılıqdır.
Elm və Təhsil naziri Emin Əmirullayev isə tədbir görmək əvəzinə, Abşeron-Xızı Regional Təhsil idarəsi müdirinin yaratdığı anarxiyaya və özbaşınalığına göz yumur. Rüsvayçı hadisələrdən biri Abşeron rayonunun 9 saylı tam orta məktəbində baş verib. Hətta bu olay barədə vətəndaşlardan biri sosial mediada audio yazı da yaymışdı.
Həmin səs yazısında yuxarı sinif şagirdlərindən biri məktəbli qızı təhdid edir. Onu hədələyir ki, çılpaq fotolarını sosial şəbəkədı yayacaq. Sosial şəbəkədə həmin səsi yayan şəxs dövlət orqanlarına çağırış edir ki, Abşeron rayon məktəblərində baş verən rəzilliklər barəsində ölçü götürülsün.
Onun sözlərinə görə, məktəblərdə qruplaşma yaradılıb və şagirdlər şəbəkələşərək bir-birini vatsap üzərindən biabır etməklə hədə-qorxu gəlirlər. Bu da onu göstərir ki, Abşeron təhsilində nizam-intizam yoxdur, tədris sıfırdır, şagirdlərə nəzarət edilmir, direktorların və Abşeron-Xızı Regional Təhsil idarəsi rəhbərinin başı ayrı işlərə qarışıb.
Hətta təhsil idarəsinin şefinin qadın salonu açdığı iddiaları var. Ona görə də başı biznesdən açılmır və məktəblərdə vəziyyətlə maraqlanmır. Qeyd edək ki, bu günlərdə paytaxtın 156 saylı məktəbinin şagirdinə qarşı təhqiramiz hərəkətlərə yol verilən video yayılmışdı, aləm bir birinə dəydi, amma Elm və Təhsil nazirinin heç tükü də tərpənmədi.
İndisə yazışmalardan aydın görünür ki, Abşeron rayonunun 9 saylı tam orta məktəbində şagirdlərdən biri digərini çılpaq fotolarını yayacağı ilə hədələyir. Bu da ciddi həyəcan təbili çalınmağı qaçılmaz edir.
Anaxeber.info media üzərindən araşdırma apararaq o nəticəyə gəlib ki, ümumiyyətlə Abşeron rayonunun tam orta ümumtəhsil məktəblərində nəzarət yoxdur, təhsilə dırnaqarası münasibət bəslənir, məktblərdə anarxiya hökm sürür.
Abşeron-Xızı Regional Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadır. O, 2022-ci ildə bu vəzifəyə təyin olunub. Lakin nə ondan əvvəlki idarə rəhbəri təhsilin keyfiyyətinə, intizama, rüşvət problemlərini həll edə bilib, nə də İlhamə Abdullayeva özü bacarır. Son iki il ərzində isə vəziyyət əvvəl olduğundan da pisdir. Bunun nəticəsidir ki, şagirdlər artıq şantajçı kimi yetişir.
Dözülməz haldır ki, məktəbli qız digərini lüt şəkillərini yayacağı ilə şantaj edir. Bu cür təhdid hallarının artması son dərəcə qorxuncdur.
Düşündürücü haldır ki, Abşeron rayon məktəblərində nə baş verir ki, şagirdlər arasında bu cür xoşagəlməz, əcaib hallar yaşanır?! Görünür, Abşeron-Xızı Regional Təhsil idarəsinin müdiri İlhamə Abdullayeva işinin başını tam buraxıb, əsas işi biznes, gözəllik salonu, direktorlardan pul yığmaqdır.
Bir müddət əvvəl istefada olan zabit Rzayev Vidadi Əsədulla oğlu Abşeron-Xızı Regional Təhsil İdarəsinin tayfabazlıq prinsipi ilə idarə olunmasından, ciddi korrupsiya faktlarından bəhs olununan yazı ilə çıxış etmişdi. Həmin materiallardan görünürdü ki, İlhamə Abdullayeva Abşeron təhsilini pis günə qoyub.
Misal üçün Abşeron-Xızı Regional Təhsil idarəsin müdiri İlhamə Abdullayeva, Bakı şəhərindəki məktəblərdə direktor vəzifəsində çalışan yaxın qohumları Arifə Balakişiyevanı Xırdalan şəhəri 1 saylı orta məktəbə, Gülnaz Kərimovanı Xırdalan şəhəri 2 saylı orta məktəbə direktor vəzifəsinə yerdəyişdirib. Sevinc Allahverdiyevanı (Arifə Balakişiyevanın doğma bacısı) da Sumqayıt şəhəri 36 saylı orta məktəbə direktor əvəzi təyin edib.
Sevinc xanımın Nicat adlı oğlunu da İlhamə xanım “öz idarəsində” təsərrüfat müdiri, yəni Abşeron rayonu üzrə TİQ-in rəisi vəzifəsinə təyin etmişdir. Sual olunur, bütün bu təyinatlar verilərkən, Korrupsiya haqqında Qanunvericiliyin, Maraqların toqquşması haqqında Prinsiplərin Tələbləri kobud şəkildə pozulub!
Çox haqlı olaraq valideynlər sual edir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevanın məktəblərdə yaratdığı anarxiyaya, bu cür tayfa-qohumbazlıq şəcərəsilə idarəetməsinə Elm və Təhsil naziri niyə göz yumur?!..