Ölümcül qərarlar veririk, toqquşma olacaq - Ovanesyan

Ölümcül qərarlar veririk, toqquşma olacaq - Ovanesyan
 

"Münhen və Parisdən sonra Ermənistan üçün yeni reallıq formalaşıb. Bir şəxs birtərəfli qaydada ölümcül qərarlar verir. Hazırda onu dayandırıb cilovlamaq mexanizmi yoxdur". 

 

Paralel.az  xəbər verir ki, bunu “Alternativ Layihələr Qrupu”nun həmtəsisçisi Vahe Ovanesyan deyib.

Onun sözlərinə görə, bu cür davam etsələr, o zaman nəticələrini proqnozlaşdırmaq mümkün olmayan növbəti fəlakətlərlə üzləşəcəklər.

Yeni reallığın parametrlərindən danışan erməni ekspert bildirib ki, Ermənistan böyük dövlətlərin açıq toqquşması səhnəsinə çevrilir: "Nikol Paşinyan regional korridanın formatını 2+1 formatına dəyişir. Azərbaycan, Türkiyə+Rusiya. Sonra isə İrandır. Əgər bundan əvvəl Ermənistanda güc mərkəzləri arasında münaqişə az-çox suveren ölkənin hörməti və oyun qaydaları ilə gedirdisə, indi belə olmayacaq. Biz münaqişənin istənilən təzahürünü görəcəyik və bu son dərəcə təhlükəli yeni oyun qaydasının müəllifi Ermənistandır".

Onun fikrincə, Ermənistan daxilində də vəziyyət sabitliyi pozmaq üçün münbit şərait mövcuddur.  "Daxildə cəmiyyət sahibsiz qalıb. Hakimiyyətin avantürası isə dövlətin zəifliyinə və daxili gücsüzlüyünə gətirib çıxarır.

Belə bir vəziyyətdə gücsüzlük və müdafiəsizlik demək olar ki, sinonimdir. Ermənistanda heç kim özünü müdafiə olunmuş vəziyyətdə hiss etməyəcək", - o vurğulayıb.

Mürtəza
Ölkə.Az

 

0.016206979751587