Çingiz Mustafayevə üç gün meşədə qaldığını deyən qız 32 il sonra Xocalıda - VİDEO

Çingiz Mustafayevə üç gün meşədə qaldığını deyən qız 32 il sonra Xocalıda - VİDEO
 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən soyqırımından 32 il ötür.

Bu dəfə əvvəlki illərdən fərqli olaraq artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı məğrur-məğrur dalğalanır.

İndi Xocalıda həyat dirçəlir. İllərlə həmin gecəni unuda bilməyən, gözləri yollarda qalan Xocalı sakinləri öz doğma yurdlarına qayıdır, həmin torpaqlarda inamla addımlayırlar.

Onlardan biri də 32 il öncə, doqquz yaşında Xocalını ayaqyalın, başıaçıq tərk edən Ləfxanım Mahmudovadır. 

Onunla Milli Qəhrəman Çingiz Mustafayevin söhbətindən fraqmentlər əks olunan videoçarxı təqdim edirik:

 

0.013649940490723