Xarici dövlət qeydiyyat nişanı ilə ölkəmizə gətirilən maşınlar texniki baxışdan keçirilir?

Xarici dövlət qeydiyyat nişanı ilə ölkəmizə gətirilən maşınlar texniki baxışdan keçirilir?
 

Azərbaycanda Rusiya və Gürcüstan dövlət qeydiyyat nişanlı maşınlar var. Koronavirus (COVID-19) pandemiyası səbəbilə quru sərhədlər bağlı olduğu üçün həmin maşınlar ölkələrinə qayıda bilmir. 

Bu maşınların sahiblərinə möhlət verilib, bəs həmin avtomobillər texniki baxışdan keçirilir?

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, qanunvericiliyə əsasən, Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələri və qoşquları dövlət texniki baxışa təqdim olunmalıdır:

“Bununla yanaşı, xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan ölkəmizə gətirilərək yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanunu, eləcə də tərəfdar çıxdığı beynəlxalq sənədlərlə müəyyən edilmiş tələblərə uyğun olmalıdır”.

 

0.027135133743286