Paşinyan: KTMT-də iştirakımızı dondurmuşuq, sabah...

Paşinyan: KTMT-də iştirakımızı dondurmuşuq, sabah...
 

 Hərbi bazaya gəldikdə isə "Bizim qiymətləndirmələrimizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan Respublikası qarşısında təhlükəsizlik sahəsində, xüsusilə 2021, 2022-ci illərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Bu da bizim üçün nəticəsiz keçə bilməzdi".

 Paralel.az Ölkə.az-a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan  "France 24" müsahibəsi zamanı "Ermənistan ərazisində Rusiyanın hərbi bazası var. Siz onu bağlamaq fikrindəsinizmi və Rusiya ilə hərbi ittifaqdan çıxmaq fikrindəsinizmi" sualını cavablandırarkən deyib. 

"Amma praktikada bunun nəticəsidir ki, biz faktiki olaraq KTMT-də iştirakımızı dondurmuşuq. Sabah nə olacaq,  bu sabahın işidir", - o qeyd edib.

Rusiya hərbi bazası ilə bağlı məsələy gəldikdə  Paşinyan  deyib ki,  hərbi baza Kollektiv Təhlükəsizlik Müqaviləsindən kənar çərçivəsində Ermənistanda yerləşir. "Bu, tamamilə fərqli hüquqi ölçüdür və o baxımdan da  bizim bu məsələyə toxunmağımız üçün heç bir əsasımız olmayıb", - Paşinyan vurğulayıb.

Mürtəza
Ölkə.Az

 

0.016040086746216