Paris regionu yenidən savaşa sürükləyir - Deputat

Paris regionu yenidən savaşa sürükləyir - Deputat
 

“Mən belə başa düşürəm ki, bizim yeni milli ideyamız da ana dilini vətən sayanlara söykənən və onlara hər yerdə qahmar çıxan heç kimin torpağında gözü olmayan və daha heç kimə torpaq verməyəcək böyük, güclü Azərbaycandır. Və bizim güclülüyümüzü təmin edəcək fundament dövlət baçımızın da buradakı çıxışında vurğuladığı kimi, texnoloji inkişaf olmaldır  ki, ötən həftə Münhendə keçirilən görüşlərdəki əsas mövzulardan biri də bu idi. Ancaq onun ardınca Prezidentimizin Türkiyəyə səfərində biz Azərbaycanda texnoloji inkişafın, 4-cü sənaye inqilabının ön cərgəsində gedəcək - belə demək mümkünsə - "xüsusi təyinatlı"ların, yəni rəqəmsallaşma, kibertəhlükəsizlik, süni intellekt üzrə mütəxəssislərin də hazırlığında bizə ən böyük dəstəyi yenə qardaş ölkənin verəcəyini gördük. Və həmən kadrların müəyyən bir hissəsi də məhz Türkiyə-Azərbaycan Universitetində yetişdiriləcək”.

Ölkə.Az xəbər verir ki, bunu deputat Sahib Alıyev parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu səfərin üzə çıxardığı bir  reallığı, yəni “iki dövlət, bir ordu” modelinin  ölkələrimizin hərbi sənaye komplekslərinə də tətbiqinin planlaşdırılmasını həm də türk dünyasının qütb və güc mərkəzinə çevrilməsi yolunda atılan mühüm addım kimi dəyərləndirir: “Fəxr edirəm ki, 10 yox, 50 milyondan atıq insanı özününkü sayan dövlət olaraq Azərbaycan burada öndə getməsi və açıq mövqe ortaya qoymasıyla fərqlənir. 
Yəqin ki, türk düşməni və islamafob Makronun ölkəmiz əleyhinə son açqlamaları həm də bununla bağlıdır. Həm də süzünü ona görə işlədirəm ki,  Fransa Münhendə Almaniya kansleri Şoltsdan tutmuş Birləşmiş Ştatların 3 yüksək vəzifəli rəsmlərindək keçirilən görüşləri öz meydançasında qapısına vurulmuş qol və cənab İlham Əliyevin Xankəndidə seçki qutusuna atdığı bülletenlə bağlı söylədiyi fikrin tam təsdiqini tapması kimi dəyərləndirir. 
Məhz bunun nəticəsidir ki,  Paşinyan təcili Parisə dəvət edildi, ona KTMT-də fəaliyətlərini dondurmaq, guya Azərbaycanın ölkəsini ələ keçirməyə hazırlaşdığı haqda yalan danışmaq  tapşırığı verildi və ardınca müdafiə nazirləri dərhal Ermənistana göndərildi. Bu da ancaq bir məqsədə xidmət edir: Yelisey sarayındakılar Ermənistanı Suriyaya çevirmək və bizim regionu isə yenidən savaşa sürükləmək niyyətindədirlər. Təbii ki, dövlətimiz bunu görməzdən gələ bilməz və əminəm ki, gəlməyəcək də”.

Mürtəza
Ölkə.Az

 

0.062626838684082