Putin Baydenin təhqiramiz sözlərinə cavab verdi - VİDEO

Putin Baydenin təhqiramiz sözlərinə cavab verdi - VİDEO
 

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, ABŞ lideri Co Bayden onu Rusiyanın tərcih etdiyi gələcək ABŞ prezidenti haqqında söylədiyi sözlərə görə təhqir edib. Lakin Rusiya dövlətinin başçısı bu cür hücumları yalnız öz haqlılığının sübutu hesab edir.

“Bu yaxınlarda siz məndən ABŞ-nin gələcək prezidenti vəzifəsində kimə üstünlük verdiyimizi soruşdunuz. Dedim ki, istənilən prezidentlə işləyəcəyik, amma inanıram ki, bizim üçün, Rusiya üçün Bayden daha yaxşıdır. Onun dediklərinə əsaslanaraq, mən tamamilə haqlıyam, çünki bu, mənim tərəfimdən deyilənlərə adekvat reaksiyadır”, - Rusiya lideri jurnalisti Pavel Zarubinin sualını cavablandırarkən deyib.

Putin qeyd edib ki, Bayden ona deyə bilməzdi ki, “Volodya, afərin, sağ ol, mənə çox kömək etdin”.

“Biz daxili siyasi nöqteyi-nəzərdən orada baş verənləri başa düşürük və bu reaksiya tamamilə adekvatdır. Bu o deməkdir ki, mən haqlı idim”, - Rusiya Prezidenti yekunlaşdırıb.(oxu.az)

 

0.016445875167847