Qalmaqallı 156 saylı məktəbin direktoru KİMDİR?

Qalmaqallı 156 saylı məktəbin direktoru KİMDİR?
 

Məktəbli qızların məlum videosundan sonra zorakılıq göstərən qızın təhsil aldığı Xəzər rayonu 156 nömrəli məktəbin direktoru Gülər İsmayılova da mövzu ilə bağlı medianın suallarını cavablandırıb.

Direktor Gülər İsmayılova 156 nömrəli məktəbə 3 ildir ki, rəhbərlik edir.

Paralel.az xəbər verir ki, 39 yaşlı direktor İsmayılova Gülər Bəhram qızı Lənkəran Dövlət Universitetinin məzunudur.

O, pedaqoji fəaliyyətə ilk dəfə 2006-cı ildə Bakı şəhəri Xəzər rayonu 136 nömrəli tam orta məktəbdə informatika müəllimi kimi başlayıb. 13 il müəllim vəzifəsində işlədikdən sonra 2019-cu ildə BŞTİ-nin təşkil etdiyi müsabiqədə yüksək nəticə göstərərək, test və müsahibə mərhələlərini keçərək BŞTİ-nin təyinatı üzrə 2019-cu il oktyabrın 8-dən Xəzər rayonu Sabir Abbasov adına 117 nömrəli tam orta məktəbdə təlim – tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləyib.

0.017398118972778