Makron və Paşinyan görüşdü - Nədən danışıldı...

Makron və Paşinyan görüşdü - Nədən danışıldı...
 

Fransada səfərdə olan Ermənistan baş nazir Nikol Paşinyan fransalı həmkarı Emmanuel Makronla görüşdən əvvəl jurnalistlərə açıqlama verib.

Paralel.az xəbər verir ki, o, “Ermənistan bütün qonşularının ərazi bütövlüyünü dəstəkləyir və buna görə də bizim müdafiə imkanlarımızın inkişafı heç kəsi təşvişə sala bilməz”, deyə söyləyib.

Fransa prezidenti isə qeyd edib ki, Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə davam edəcək. Fransa müdafiə silahlarının tədarükünə razılıq verib.

"Fransanın Ermənistana dəstəyinə, onun müstəqilliyinə, ərazi bütövlüyünə, demokratik proseslərə və sülh istəyinə arxalana bilərsiniz. Qarabağ sakinlərinin mümkün qədər tez, azad və təhlükəsiz öz evlərinə qayıtmaq hüququ olmalıdır. Fransa Ermənistan hökumətinin “Dünyanın kəsişməsi” layihəsini alqışlayır", - o deyib. 

Maraqlıdır ki, Makron yenə özünü aldatmağından qalmayıb və ləğv olunmuş qondarma rejimin adını dilə gətirib. 

 

0.017297029495239