"Adore" milyonlarla manat kapitalını geri çəkib
"Adore Kompani" MMC nizamnamə kapitalını azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 8 869 500 manatdan 100 000 manata azaldığını elan edib.
Qeyd edək ki, “Adore Kompani” MMC “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyət göstərir. Qanunu təmsilçisi “Adore Kompani” MMC-nin baş direktoru Nərmin İsmayılovadır.
Xatrıladaq ki, 2019-cu ildə “Sabina P və C” MMC-nin inventarını təşkil edən maddi və qeyri-maddi əmlak hüquqları “Adore Kompani” MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilib. “Adore” isə keçmiş “İdeal” mağazalar şəbəkəsidir.