Tallində sabah Xocalı soyqırımının 32-ci ildönümü anılacaq

Tallində sabah Xocalı soyqırımının 32-ci ildönümü anılacaq
 

Estoniyanın paytaxtı Tallin şəhərində fevralın 21-də Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək.

Bu barədə "Report"a "Aydan” Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Niyazi Hacıyev məlumat verib.

Onun sözlərinə görə, tədbir Azərbaycanın Estoniyadakı səfirliyini təşkilatçılığı ilə Vabamu/Azadlıq muzeyində baş tutacaq.

Anım günündə Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova və işçi qrupunun üzvlərinin iştirakı gözlənilir.

Həmçinin Estoniya parlamentinin üzvləri və yerli KİV-in iştirakı nəzərdə tutulub.

0.028105974197388