Qazaxıstanda türkdilli ölkələrin kənd təsərrüfatı nazirlərinin toplantısı keçiriləcək
Martın 19-21-də Qazaxıstanın Taraz şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin III Toplantısı keçiriləcək.
Paralel.az xəbər verir ki, bunu TDT-nin baş katibinin müavini Ömər Kocaman bu gün Bakıda keçirilən Beynəlxalq Aqro Biznes Forumunda bildirib.
Onun sözlərinə görə, toplantı çərçivəsində biznes forum təşkil olunacaq:" Tədbirdə önəmli mövzular müzakirə ediləcək. Bütün maraqlı tərəflər forumda iştirak edəcək".
Xatırladaq ki, türkdilli ölkələrin kənd təsərrüfatı nazirlərinin II toplantısı ötən ilin sentyabr ayında Bakıda keçirilib. Tədbirdə Yekun Bəyannamə qəbul olunub.