2 rus döyüş təyyarəsi vurulub

2 rus döyüş təyyarəsi vurulub
 

Ukrayna Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus iki döyüş təyyarəsini vurub.

Paralel.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk məlumat yayıb.

Oleşuk sosial media hesabındakı paylaşımında Ukrayna Hərbi Hava Qüvvələrinin bu gün səhər saatlarında Rusiya ordusuna məxsus iki Su-34 və Su-35S tipli döyüş təyyarəsini vurduğunu bildirib.

Komandanlığın dünən verdiyi açıqlamada Şərq Hava Komandanlığı əsgərlərinin şərq istiqamətində daha bir Rusiya döyüş təyyarəsini məhv etdiyi bildirilib.

 

0.015803098678589