Çinin XİN başçısı: Azad ticarəti və çoxtərəfliliyi qorumaq üçün Aİ ilə işləməyə hazırıq

Çinin XİN başçısı: Azad ticarəti və çoxtərəfliliyi qorumaq üçün Aİ ilə işləməyə hazırıq
 

Çin azad ticarəti dəstəkləmək, çoxtərəfliliyi tətbiq etmək, bərabər və nizamlı çoxqütblü dünyanı və inklüziv iqtisadi qloballaşmanı təşviq etmək üçün Avropa İttifaqı (Aİ) ilə işləməyə hazırdır.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ İspaniyaya səfəri zamanı söyləyib.
Onun sözlərinə görə, Çin Aİ-ni “çoxqütblü modeldə mühüm qüvvə” hesab edir və Avropaya inteqrasiyanı, Aİ-nin inkişafı və böyüməsini, eləcə də strateji muxtariyyət siyasətini dəstəkləyir.
“Çin ilə Aİ həmrəylik və əməkdaşlığı gücləndirdikcə, blok qarşıdurması yaranmayacaq”, – diplomat deyib.
O qeyd edib ki, Çin İspaniya ilə yüksək səviyyəli mübadilələri davam etdirməyə, inkişaf strategiyalarında sinerjini gücləndirməyə və qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirməyə hazırdır.
Agentlik xatırladıb ki, Aİ Çinlə iqtisadi asılılığı azaltmaq siyasəti aparır, blok Rusiya ilə sıx əlaqələri səbəbindən Çinə şübhə ilə yanaşır.
Avropa Komissiyası yanvar ayında xarici sərmayələri daha yaxından təftiş və Çin kimi rəqiblərə texnologiyaların ixracı və axınına daha koordinasiyalı nəzarət vasitəsilə Aİ-nin iqtisadi təhlükəsizliyini gücləndirmək üçün planlar hazırlayıb.
Aİ-nin icra paketi COVID pandemiyası, Rusiyanın Ukraynaya təcavüzü, kiber və infrastruktur hücumları, habelə artan geosiyasi gərginliyin məruz qaldığı çoxsaylı risklərə cavabdır.

0.011082172393799